Bakutel 2017 sərgisində Fransa pavilyonu

Rabitə və İnformasiya texnologiyalarına həsr olunmuş Bakutel 2017 sərgisində Fransa, Azərbaycan-Fransa Sənaye və Ticarət Palatası tərəfindən hazırlanmış pavilyonu ilə təmsil olunurdu. Bu pavilyonda, VIVACTION (Kiber təhlükəsizlik üzrə mütəxəsis) və LINAGORA (Elektron hökümət sahəsində lider) şirkətləri, batareya istehsal müəssisəsini yenidən əldə etmiş TOTAL, SAFT, eləcə də SCHNEIDER ELECTRIC şirkətləri stendləri ilə təmsil olunurdular. Azərbaycanın milli kosmik agentliyi olan AZERCOSMOS-un yanında AIRBUS və EVERNEX (informatik infrastrukturların qulluğu üzrə mütəxəsis) şirkətlərin stendləri var idi. ARIANE şirkətinin nümayəndələri sərgidə VİP qonaqlar qismində iştirak edirdilər.

Prezident İlham Əliyev, Birinci Vitse-Prezident Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Azərbaycan respublikasının Nəqliyyat, Rabitə və Yüksək texnologiyalar naziri, Ramin Quluzadənin müşayəti ilə fransız stendində olublar. Prezident İlham Əliyev Fransanın Azərbaycandakı səfiri Oreliya Buşezlə və şirkətlərin nümayəndələri ilə görüşdü.

Pavillon français au salon Bakutel 2017
Pavillon français au salon Bakutel 2017

publié le 13/12/2017

haut de la page