Bakutel 2016 sərgisində Fransa Pavilyonu

29 noyabr-2 dekabr tarixlərində baş tutan telekommunikasiya və informasiya texnologiyalarına həsr olunmuş Bakutel 2016 sərgisində Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası Fransa Pavilyonunu təşkil etmişdir. Bu Pavilyon Thales, Shcneider Electric, Vivaction fransız şirkətlərini, həmçinin Fransa-Azərbaycan Universitetini (UFAZ), Azərbaycanda Fransa İnstitutunu (İFA), Bakıdakı Fransız liseyini və «University Foundation Center» özündə cəmləşdirmişdir. Airbus Defence and Space şirkəti isə sərgidə ayrıca iştirak etmişdir.

Sərgidə Birinci Xanım və Rabitə və Yüksək texnologiyalar Nazirinin müşayəti ilə iştirak edən Prezident İlham Əliyev Fransa Pavilyonunu ziyarət etmişdir. O, Fransanın Azərbaycandakı Səfiri Xanım Orelya Buşez və şirkətlərin nümayəndələri ilə fikir mübadiləsi aparmışdır.

JPEG
JPEG
JPEG

publie le 09/12/2016

hautdepage