« Baku Summer Jazz Days » festivalı çərçivəsində, TERRAMONDO qrupunun konserti

Jaki Terrasson (piano) və Stefan Belmondo (truba), cümə günü 8 iyun 2018-ci il saat 20.00-da Beynəlxalq Muğam Mərkəzində, « Baku Summer Jazz Days » festivalı çərçivəsində yeni TERRAMONDO (Mother) layihəsini təqdim edəcəklər.

Pianoçu Jaki Terrasson və trubaçı Stefan Belmondo 90-cı illərdə « Dee Dee Bridgewater » orekstrində tanış olmuş və on il bundan əvvəl yenidən rastlaşmışdılar. O gündən etibarən birlikdə işləməyə başlamış və birgə əməkdaşlıqları ərzində öz musiqi dünyalarını yaratmışlar. Bu iki böyük cazz ustadı, məstedici nostalgiya ilə rənglənmiş musiqi xəyalı bəxş etmək üçün “Mother” (“Ana”) albomunda birləşirlər.

Pianoçu Jaki Terrasson, prestijli « Blue Note Records » ilə 20 diskə yaxın bəstə yazmış, « Thelonious Monk » (1993) Beynəlxalq Piano Cazz Müsabiqəsinin laureatı olmuşdur.
Trubaçı Stefan Belmondo, cazz fenomeni Yusef Lateef ilə təqdirəlayiq əməkdaşlığı vasitəsilə tanınır. O, üç dəfə « Victoires du Jazz » (2006-2007-2008) mükafatı almışdır.
Konsert « Premier Art Management » prodüser agentliyinin təşəbbüsü, Fransanın Azərbaycandakı Səfirliyi, Fransız İnstitutu və Bulvar Otelin dəstəyi ilə təşkil olunur.

Biletləri əldə etmək üçün : https://iticket.az/events/jacky-terrasson-stephane-belmondo

JPEG

publié le 09/07/2018

haut de la page