Bakıda imzalanan Fransız-Azərbaycan Universitetinin yaradılmasına dair niyyət məktubu

Şənbə günü, 25 aprel 2015-ci il tarixində, prezident Fransua HOLLAND-ın Bakıya səfəri münasibətilə Fransanın Azərbaycandakı səfiri Paskal Mönye və Təhsil Naziri Mikayıl Cabbarov, Bakıda Fransız-Azərbaycan Universitetinin yaranmasına dair niyyət məktubunu imzalayıblar.

Fransız və Azərbaycan Təhsil Nazirlikləri tərəfindən birgə hazırlanmış bu işgüzar sənəd, layihənin əsas parametrlərini təsvir edir və bu təşəbbüsün qısa müddətdə həyata keçirməsini təmin etmək üçün yol xəritəsi ola biləcək.

Fransa ilə Azərbaycan arasında təhsil və universitetlərarası əməkdaşlıq sahəsində yaxınlaşmanı gücləndirmək üçün, iki Prezidentin arzusundan irəli gələn Bakıda Fransız-Azərbaycan Universiteti yaratmaq layihəsi hər iki ölkə gənclərin xeyrinə olan öhdəliklərin rəmzidir.

http://m.azertag.az/xeber/849693

publie le 27/04/2015

hautdepage