Bakıda Fransa-Azərbaycan Universitetinin açılışı / 15 sentyabr 2016

15 sentyabr 2016-cı il tarixdə Azərbaycan Respublikasının Təhsil Naziri Cənab Mikayıl Cabbarov, Fransa Təhsil Nazirliyinin Avropa Beynəlxalq əlaqələr və əməkdaşlıq üzrə nümayəndəliyinin rəhbəri Xanım Marian de Brünhoff, Fransanın Azərbaycandakı Səfiri Xanım Oreliya Buşez, Azərbaycan Neft və Sənaye Universitetinin Rektoru Cənab Mustafa Babanlı, Strasburq Universitetinin Beynəlxalq Əlaqələr üzrə vitse-prezidenti Fransiz Kern və UFAZın iki tərəfdaş universitetinin iştirakı ilə Fransız-Azərbaycan Universitetinin rəsmi açılışı olmuşdur.

Təhsil sahəsində islahatları prioritet istiqamət olaraq təyin edən Azərbaycan, bu sahədə Fransanı əsas tərəfdaşlarından biri olaraq seçmişdir. UFAZ, Fransa Respublikasının Prezidenti Fransua Ollandın 2014-cü ildə Azərbaycana səfəri zamanı Azərbaycan Respublikasının Prezidenti ilə görüşdən sonra hər iki tərəfin istəyi əsasında ərsəyə gələn lahiyədir.
UFAZ gənc azərbaycanlı tələbələrə Strasburq universitetinin 2 müstəqil professorunun həmçinin 14 Azərbaycanlı müəllim heyyətininin dəstəyi ilə elmi və texniki fənlər üzrə təhsil almaq şansı yaradacaqdır. Tədris ingilis və fransız dillərində olacaqdır.

Oktyabr ayında, 120 nəfəri təqaüdçü olmaqla 143 tələbə Strasburq Universitetinin və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Bakalavr dərəcəsi diplomuna yiyələnmək üçün 4 illik təhsilə başlayacaqlar.

JPEG - 163.9 ko
Photo / © Université du Pétrole et de l’Industrie (ASOIU)
JPEG - 293.2 ko
Photo / © Université du Pétrole et de l’Industrie (ASOIU)
JPEG - 331.1 ko
Photo / © Université du Pétrole et de l’Industrie (ASOIU)
JPEG - 326.2 ko
Photo / © Université du Pétrole et de l’Industrie (ASOIU)
JPEG - 314.1 ko
Photo / © Université du Pétrole et de l’Industrie (ASOIU)
JPEG - 424.6 ko
Photo / © Université du Pétrole et de l’Industrie (ASOIU)
JPEG - 262.2 ko
Photo / © Université du Pétrole et de l’Industrie (ASOIU)
JPEG - 269.3 ko
Photo / © Université du Pétrole et de l’Industrie (ASOIU)

publie le 19/10/2016

hautdepage