Bakıda Musiqi Bayramının yeni buraxılışı

21 iyun 2018-ci il tarixində Bakının küçələrində “Fête de la musique” festivalı keçirildi. Ona yaxın sənətçi şəhərin müxtəlif yerlərində – YARAT Müasir İncəsənət Məkanında, Fəvvarələr meydanında, Nizami küçəsində, İçəri Şəhərdə – çıxış etməklə, şəhər sakinlərinin marağını cəlb etdilər. Bu ödənişsiz və bütün musiqi janrlara açıq olan məşhur tədbirdə peşəkar və həvəskar musiqiçilər iştirak ediblər.

Tədbir Fransanın Azərbaycandakı Səfirliyi və Fransız İnstitutun təşəbbüsü, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Maks Event kompaniyası, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və YARAT Müasir İncəsənət Məkanın dəstəyi ilə keçirilmişdir.

publié le 27/06/2018

haut de la page