Bakıda « Musiqi Bayramı »

Fransanın Azərbaycandakı səfiri xanım Orelia Buşez Fransa səfirliyinin və Azərbaycanda Fransız İnstitutunun təşkil etdiyi Musiqi Bayramında iştirak etmişdir. Bayram Bakıda iyunun 21-də, « Paris Bistro » restoranının yaxınlığında keçirilib.
Musiqi bayramı, yay fəslinin gündönümü rəmzi olan 21 iyun tarixinə müəyyən edilmişdir. Hər bir musiqiçiyə, peşəkar və ya bütün səviyyədə həvəskarlara açıq olan bu mötəbər, pulsuz xalq tədbiri canlı musiqini tanıdır, musiqi ənənələrinin müxtəlifliyini və miqyasını, eləcə də bütün musiqi janrlarını nəzərə çarpdırır. Hər bir kəs üçün nəzərdə tutulan bu bayram istənilən sosial təbəqədən olan gənclərin müxtəlif musiqi ifadələri ilə tanış olmasına töhfə verir.

Araz Hümbətov (ArazÔzarA), Milan Məmmədov, Les Gamins + Fafee qrupu, fransız liseyinin musiqi qrupu, SubHe qrupu və «The Voice Azerbaïdjan» iştirakçıları (Hüseyin Abdullayev, Ağamehdi Mirzəyev, Ləman Dadaşova, Nigar Hüseyinli) musiqili tədbirdə çıxış etdilər.

JPEG

JPEG

publie le 28/06/2016

hautdepage