Bakıda « Meşə və təsərrüfat yanğınlarına qarşı mübarizə təlimi » : Sertifikatların təqdim olunması

Fransa Səfirliyinin Daxili Təhlükəsizlik xidməti tərəfindən 2016-cı il 27-30 sentyabr tarixində Azərbaycan Fövqəladə Hallar Nazirliyinin 67 əməkdaşının (yanğınsöndürmə və əməliyyat rəhbərləri) iştirakı ilə Mülki Müdafiə sahəsində təlim keçirilmişdir.

Fransa tərəfindən « Meşə və təsərrüfat yanğınlarına qarşı mübarizə təlimi » mövzusunda təlimin keçirilməsi istənilmişdir.

Bununla əlaqədar olaraq yüksək səviyyəli iki fransız ekspertlərin səfəri baş tutmuşdur: Yanğın İdarəsinin Vierzon Baş Xilasetmə mərkəzinin rəhbəri Sebastian LAKRUA və Yuxarı Korsikada yerləşən 5 nömrəli mülki müdafiə bölməsinin əməliyyat şöbəsinin rəhbəri Stiv UILOM.

FNH-yi üçün aparılan bu ikitərəfli əməkdaşlıq bir neçə ildir ki, davam edir və daima yüksək qiymətləndirilir. 2015-ci ildə kimyəvi risklər , NRBC (Nüvə, Radioloji, Bioloji, Kimya) və ictimai binalarda yanğına qarşı mübarizə sahələrində də iki fəaliyyət planı təklif edilmişdi. Bu əməkdaşlıq texniki təlimlərlə məhdudlaşmır, həmçinin Nazirliklə fransız dili kurslarının təşkilini həyata keçirilməsi istiqamətində də aparılır.

Təlimin sonunda Fransanın Azərbaycandakı səfiri Zati-Ailələri Oreliya Buşez və Fövqəladə Hallar Nazirinin müavini general-leytenant Etibar Mirzəyev medianın iştirakı ilə təlim iştirakçılarına sertifikatları təqdim etmişdir.

Tədbir fransız dilinin və mədəniyyətinin tədris mərkəzi Bakı şəhəri Fizuli küçəsi 67-də yerləşən Azərbaycan Fransız İnstitutunda keçirilmişdir.

JPEG
JPEG
JPEG
mg2620|center>
JPEG
JPEG
JPEG

publie le 04/10/2016

hautdepage