Bakıda Fransanın milli bayramı qeyd edilib [fr]

Fransanın Azərbaycandakı səfiri Oreliya Buşezin və Xarici İşlər nazirinin müavini Mahmud Məmməd-Quliyevin iştirakı ilə Bakıda Hyatt Regency hotelində Fransanın milli bayramı münasibətilə rəsmi qəbul təşkil olunub.

Azərbaycanın və Fransanın dövlət himnləri Fransa-Azərbaycan Universitetinin (UFAZ) tələbələri tərəfindən səsləndirilib. Fransadan bu münasibətlə gəlmiş FILIGAN və Sandy GOUBE rəqs şənliyinə əlvanlıq qataraq Allahyar Vəzirov rəhbərliyi altında azərbaycanlı müğənnilərlə birlikdə füsunkar musiqi proqramı hazırlamışlar.

Fransız müğənniləri tarla Azərbaycan xalq mahnısı « Sarı gəlini » ifa etdilər. Fransanın milli bayramına göstərdikləri dəstəyə görə Fransanın Azərbaycandakı səfirliyi bütün sponsorlara və tərəfdaşlara təşəkkür edir.

publie le 18/07/2018

hautdepage