Bakıda Frankofoniya Həftələri

Bakıda keçiriləcək Frankofoniya Həftələrinin 2018-ci il buraxılışının Mətbuat Konfransı, Belçika, Fransa, Yunanıstan, Macarıstan, Litva, Mərakeş, Moldova, Meksika, Rumıniya, İsveçrə Səfirlikləri və Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin iştirakı ilə 28 mart 2018 tarixində saat 16.00-da baş tutdu. Frankofoniya Həftələri çərçivəsində (1-14 aprel 2018) Frankofon Film Festivalı, sərgilər, konfranslar və uşaqlar üçün əyləncəli dərnəklər Bakıda təşkil olunacaqdır.

Frankofoniya Həftələrinin tərəfdaşları sırasında Landmark Otel, YARAT! Müasir İncəsənət Mərkəzi, CinemaPlus, Gəncə şəhəri, Gənclik şahmat klubu, Azərbaycan Milli İncəsənət Muzeyi, Art Tower Gallery və İsveçrə Turizm agentliyi yer alırlar.

Tədbirlərin tam proqramı ilə tanış olmaq üçün http://urlz.fr/6OuM ; http://www.ifa.az/fr/francophonie2018 saytına və ya https://www.facebook.com/Francophonie2018/ Facebook səhifəsinə baxa bilərsiniz.

publie le 03/04/2018

hautdepage