Bakı şəhərinin planlaşdırılması mövzusuna həsr edilmiş bir Fikirlər Gecəsi.

"Təxəyyülün hökmranlığı" mövzusunda baş tutan Fikirlər Gecəsi tədbiri, Bakıda, tədbirin partnyoruYARAT Müasir İncəsənət Mərkəzində, 150 nəfərə qədər seyrici toplamışdır. Müzakirələr ərzində şəhərin planlaşdırılması sahəsində məsələlərə toxunuldu, Bakı şəhərinin keçmiş və gələcək urbanizm və memarlıq üzrə inkişafı qeyd edildi. Fransanın Azərbaycandakı səfirliyi və Azərbaycan Fransız İnstitutu tərəfindən dəvət olunmuş azərbaycan, fransız memarları və sənətkarları, bu mövzu barəsində öz fikirlərini bolüşmüşdülər.

- Jan-Pyer Büfi - Fransız memarı, Paris şəhərinin les Collines de la Défense və Front de Parc de Bercy komplekslərinin layihə rəhbəri

- Andrea Dö Franşi- Fransız memarı, interyer planlaşdırılması üzrə ixtisaslaşır

- Elçin Əliyev - Azərbaycanlı memar, Bakı şəhərinin mərkəz hissələrinin yenidən qurulması layihələrinin məsul şəxsi

- Sabina Şıxlinskaya - Azərbaycanlı incəsənət xadimi, konseptual incəsənətin Azərbaycandaki pioneri

- Müslüm İmranlı- Azərbaycanlı memar, Pillə memarlar və şəhərplanlayıcılar təşkilatının nümayəndəsi

publié le 26/01/2018

haut de la page