Bakı Kitab Mərkəzində fransız mədəniyyət axşamı

Bazar günü 21 oktyabr 2018-ci ildə, Bakı Kitab Mərkəzinin təşəbbüsü ilə təşkil olunan musiqili və poetik axşam keçirildi. Tədbirdə, Fransanın Azərbaycandakı Səfiri xanım Oreliya Buşez də iştirak etdi.

Tədbir zamanı böyük fransız şairləri - Verlaine, Musset, Ronsard, Apollinaire – eləcə də, bəstəkarlar Claude Debussy və Qara Qarayevin əsərləri Azərbaycanlı ictimaiyyət üçün səsləndirildi.

Fransanı və Bakı Kitab Mərkəzini birləşdirən bu ilk tədbir, hər ay mədəni fəaliyyətlərin təşkil olunacağı bir tərəfdaşlığın açılışıdır : konsertlər, film nümayişi, müəlliflərlə görüşlər. Fransa Səfirliyi və Fransız İnstitutu, bu tədbirlərin fransız tərəfinin aparıcıları olacaqdır.

Xanım Səfir öz çıxışında, ictimaiyyət içərisində ədəbiyyatın, o cümlədən fransız ədəbiyyatının təşviqində Bakı Kitab Mərkəzinin marağını qeyd etdi : yüzlərlə fransız dilində kitab hal-hazırda mərkəzdə satışdadır.

Tədbirin şəkillərini, Bakı Kitab Mərkəzinin Facebook səhifəsindən əldə edə bilərsiniz : https://www.facebook.com/BakuBookCenter

publié le 12/11/2018

haut de la page