Bakı Fransız liseyinin yeni binasında 2014-2015 tədris ilinin başlanğıcı

Bakı Fransız Liseyi Ağ Şəhərdə yerləşən yeni və müasir binada açılıb.

2014 – 2015 tədris ilinin açılışı Bakı Fransız Liseyinin yeni binasında Bazar ertəsi, 15 sentyabr 2014 tarixində baş vermişdir.

Liseyin yeni binası Ağ Şəhərdə yerləşir. Bütün praktiki məlumatı liseyin saytında əldə etmək olar: lyceefrancaisbakou.weebly.com

Bu il şagirdlərin sayı ötən ilə müqayisədə üç dəfə artmışdır. Yüzdən çox şagird yeni binanın açılışında iştirak edəcək.

Uşaq bağçası (ana məktəb) səviyyəsində bütün qruplarda (kiçik, orta və böyük bölmələrdə) və ibtidai məktəb səviyyəsində (birinci sinifdən beşinci sinifədək) dərslər birbaşa hər sinfin öz müəllimi tərəfindən təmin ediləcək. Bütün müəllimlər Fransada məktəbin pedaqoji operatoru Fransız Dünyəvi Təhsil Missiyası tərəfindən işə qəbul olunur.

Yuxarı siniflərdə, kolec və lisey səviyyəsində, dərslər yerində, liseyin daxilində, qiyabi CNED sistemi çərçivəsində, iki Fransız müəlliminin tütorluğu ilə müşayiət olunaraq aparılacaq.

publie le 28/10/2014

hautdepage