Bakı Dövlət Universiteti və Lion II Universiteti arasınsda əqli mülkiyyət hüququ üzrə Master ikili diplom proqramının açılış sessiyası

Bakı Dövlət Universitetinin (BDU) Hüquq Fakültəsi 15 sentyabr 2021-ci ildə Lyon II Universitetinin Hüquq Fakültəsi ilə tərəfdaşlıq çərçivəsində, bu ildən başlayacaq əqli mülkiyyət hüququ üzrə ikili magistr dərəcəsi diplomunun onlayn açılış sessiyasını təşkil etdi.
Bu açılış sessiyası, magistr pilləsinin əsas akademik və pedaqoji məsul şəxsləri və qəbul olmaq üçün seçilmiş 8 ən yaxşı tələbə ilə görüşü nəzərdə tuturdu.
Açılış sessiyasında Master proqramının koordinatoru, BDU-nun müəllimi Xanım Aydan Məmmədovanın moderatorluğu ilə aşağıdakı şəxslər bu sessiyada iştiral etdilər:
-  Cənab Əmir Əliyev, Bakı Dövlət Universitetinin Hüquq Fakültəsinin Dekanı
-  Cənab Qiyyom Potier, Lion II Universitetinin Hüquq Fakültəsinin Dekanı
-  Aleksandr Kikerez, bu eyni fakültənin Dekan-müavini, Fransa tərəfdən proqramın koordinatoru
-  Və BDU-nun digər müəllim heyəti.
Tədbirdə həmçinin Fransanın Azərbaycandakı Səfirliyinin əməkdaşlıq və mədəniyyət müşaviri Cənab Jerom Kel də BDU-nun dəvəti ilə iştirak edib.
Bu ikili diplom həm ingilis həm də fransız dillərində tədris olunacaq.
Tələbələr Azərbaycan fransız İnstitutu tərəfindən təşkil edilən intensiv fransız dili dərsi proqramını izləyəcəklər.
Tələbələr Magistraturanın 2-ci ilindən sonra Fransada və Avropada təcrübəyə çıxış imkanları haqqında suallar verdilər.

JPEG

JPEG

JPEG

publié le 17/09/2021

haut de la page