Bakı Caz Festivalı: Julie Erikssenin kvartetinin konserti

14-cü Bakı Caz Festivalı çərçivəsində, Fransanın Azərbaycandakı səfirliyinin və Fransız İnstitutunun dəstəyi ilə, Julie Erikssen və kvartetinin bu bazar günü 20 oktyabr tarixində Landmark otelinin Rotunda Cazz Klubunda konserti baş tutdu.

Fransız müğənnisi Julie Erikssen indi Paris caz səhnəsində müntəzəm olaraq çıxış edir. Konsert axşamı o, fransız və ingilis dillərində ifa olunan mahnıları ilə Bakılı tamaşaçıların rəğbətini qazandı.

Xatırladaq ki, bu festival oktyabrın 27-dək davam edir.

Bakı Cazz Festivalı haqqında əlavə məlumat üçün : https://www.bakujazzfestival.com
Julie Erikssen : http://www.julieerikssen.com/

publié le 22/10/2019

haut de la page