Bakı Ali Neft Məktəbində « Campus France » tərəfindən Fransada mühəndislik təhsilinin təqdimatı.

19 fevral tarixində, « Espace Campus France Azerbaïdjan » (ECFA) - Campus Fransın ölkəmizdəki rəsmiləri, Bakı Ali Neft Məktəbində Fransada mühəndislik sahəsinin, xüsusən də ingilis dilində müxtəlif təhsil imkanlarının təqdimatını etdilər.

ECFA-nın rəhbəri xanım Klemens Felipo, əvvəlcə Fransa Universitetləri tərəfindən təqdim olunan mühəndislik fakultələri, daha sonra isə, Ali Məktəblər tərəfindən Universitet magistraturasına bərabər olan mühəndislik diplomları barədə təqdimat etdi.

Fransada təhsil ilə əlaqəli digər mövzular arasında, fransız universitetlərindəki son islahatlar və birgə təqaüd imkanları haqqında da məlumat verildi.

« Campus France » - ın təqdim etdiyi diplomlar və təhsil sahələri barədə əlavə məlumat üçün :

- http://www.ifa.az/fr/node/331
- http://www.ifa.az/fr/node/350

publié le 24/02/2020

haut de la page