Bağçılıq və üzümçülük texnologiyaları sahəsində ixtisaslaşmış fransız şirkətlərdən ibarət nümayəndə heyəti və Business France - ın mətbuat konfransı (28 may 2017)

Fransız şirkətlərdən ibarət nümayəndə heyəti, may ayının 28-də, Caspian Agro 2017 sərgisində bağçılıq, şərabçılıq və üzümçülük texnologiyaları mövzusunda Business France tərəfindən təşkil olunan seminarda iştirak etdi.

Azərbaycanda Fransız İnstitutunda Fransanın Azərbaycandakı səfiri, Orelia Buşezin iştirakı ilə Fransız şirkətləri azərbaycan mətbuatı nümayəndələri ilə tanış oldular.

Seminarda iştirak edən şirkətlər :

- Tonnelleries de Bourgogne – Çəllək istehsalçısı

- Richter international – Üzüm tingləri üzrə ixtisaslaşıb

-  Printack – Lazer printerlə etiketlərin çapı üçün proqram təminatçısı

-  Dalival – Alma və armud ağacları tinglikləri

-  Star Export – Alma tingləri üzrə ixtisaslaşıb

-  Maf Roda Agrobotic – Meyvə və tərəvəzlərin saxlanılması və kalibrlənməsi avadanlıqları üzərində çalışır və istehsal edir.

-  Richel Group - Sənaye istixanaları istehsalında Fransa və Avropada lider. Şirkətin məhsulları 80-dən çox ölkəyə ixrac olunub.

publie le 23/05/2017

hautdepage