“Azərsun Holdinq” və “Gilan Holdinq” üçün Paris Sorbon Əbu Dabi Universiteti tərəfindən təşkil edilən təlim proqramları [fr]

Paris Sorbon Əbu Dabi Universiteti ixtisas artırma istiqamətində Azərbaycanın nüfuzlu şirkətləri ilə tərəfdaşlıq strategiyasını davam etdirir. Bazar ertəsi , 17 iyun,Fransanın Azərbaycandakı Səfiri Xanım Orelia Buşez “Azərsun Holdinq” tapşırığı ilə idarə heyəti üçün nəzərdə tutulmuş "Strategic Leadership and Management for Corporate Sector" mövzusu üzrə keçirilən təlimin açılış mərasimində iştirak etmişdir.

Tədbirdə iştirak edən “Azərsun Holdinq”in prezidenti Cənab Əbdülbari Gözəl ixtisas artırmanın şirkətin idarə heyyəti üçün, həmçinin idarəetmə sisteminin müasirləşməsində olan əhəmiyyətini xatırlatdı.

Eyni tarixdə “Gilan Holdinq” Administrasıyasının Direktoru Fuad Kərimovun iştirakı ilə şirkətin əməkdaşları üçün "Reputation Management and Emotional Intelligence in Corporate Sector" mövzusu üzrə təlimin açılış mərasimi baş tutmuşdur.

publie le 30/06/2017

hautdepage