Azərsu ASC-də su və enerji üzrə FASEP layihəsinin pilot komitəsinin birinci iclası, 19 aprel 2017-ci il

Qrantlar üzrə nazirliklərarası komitənin 8 sentyabr 2016-cı ildə keçirilən iclasına əsasən Fransanın Maliyyə və İqtisadiyyat Nazirliyi Bakı regionunda içməli su şəbəkəsində itkilərin azaldılması və tullantı sularından enerji alınması üzrə texniki-iqtisadi əsaslandırma layihələrinə FASEP fondundan (özəl sektora dəstək yardımlar fondu) 700 000 avro məbləğində qrant ayrılması barədə qərar qəbul etmişdir. Bu layihələr Suez şirkəti tərəfindən həyata keçiriləcəkdir.

Layihələr üzrə komitənin birinci iclası ölkənin birinci su operatoru, layihənin benefisiarı olan Azərsu ASC-nin binasında baş tutmuşdur. Bu iclasda Azərsu ASC-nin rəhbərliyi, Suez şirkətinin nümayəndə heyəti, Dünya Bankının nümayəndəsi, Fransanın Azərbaycandakı Səfiri Orelia Buşez və Səfirliyin iqtisadi şöbəsi iştirak etmişlər.
Azərsu ASC-nin sədri Cənab Qorxmaz Hüseynov ölkədə Prezident İlham Əliyevin rəhbərliyi ilə içməli su və tullantl su şəbəkələrinin yenidən qurulması üzrə həyata keçirilən müxtləlif layihələr barədə məlumat vermiş və Azərsu ASC-nin bu sahədə beynəlxalq səviyyədə tanınmış şirkətlərin təcrübələrindən faydalandığını xatırlatmışdır. Cənab Hüseynov Suez şirkəti ilə mühüm əməkdaşlığı və xüsusən bu əməkdaşlıq sahəsində təlim və təcrübənin ötürülməsində əldə olunan olunan əhəmiyyətli nəticələri qeyd etmişdir.

Xanım Səfir iki ölkə arasında əlaqələrin daha da inkişaf etdiyini vurğulamışdır. O, həmçinin bildirmişdirdir ki, innovativ xarakteri və miqyasına görə bu FASEP layihələri digər MDB ölkələri üçün bir nümunə olacaq.
Suez şirkətinin layihə rəhbəri Cənab Kristian Monset iki hissədən: su itkilərinin müəyyən edilməsi və Hövsan Aerasiya Stansiyasında lildən enerjinin əldə olunmasından ibarət olan layihələri təqdim etmişdir. FASEP çərçivəsində Bakı şəhərində içməli su itkilərinin azaldılması üçün pilot zona müəyyən ediləcək. Bu layihələrin 2018-ci ilin aprel ayınadək başa çatdırılması nəzərdə tutulur.
1858-ci ildə yaranan Suez şirkəti ətraf mühit, tullantıların emalı, yenilənə bilən enerjilər üzrə ixtisaslaşmışdır və hazırda dünyanın 70-dən çox ölkəsində layihələr həyata keçirir.

12 may 2014-cü ildə Azərsu ASC və Suez şirkəti “Operativ təlimlər, təcrübənin ötürülməsi və texniki yardım” haqqında saziş imzalamışlar. Bu 5 illik saziş Azərsu ASC-nin 4500 əməkdaşının 38 ixtisas üzrə ixtisaslarının artırılmasını, həmçinin 250 yerli təlimçinin hazırlanmasını nəzərdə tutur.
Bu layihə çərçivəsində Azərsu ASC-nin əməkdaşları müştəri xidmətləri, ölçü cihazları, şəbəkənin istismarı, su itkisinin müəyyən edilməsi, dəyəri ödənilməyən suların azaldılması və s. sahələr üzrə təlimlərdə iştirak etmişlər. Üstəlik, Azərsu ASC-nin bəzi mütəxəssisləri Fransa, Böyük Britaniya, Əlcəzair, Mərakeş, iSpaniya və Çinə təşkil olunmuş missiyalarda iştirak etmişlər.

publie le 23/05/2017

hautdepage