Azərbaycanın bölgələrində fransız dili mütəxəssisləri üçün Azərbaycan Fransız İnstitutu tərəfindən təşkil olunan peşə təlimi

Azərbaycanın bölgələrində fəaliyyət göstərən fransız dili mütəxəssisləri üçün Azərbaycan Fransız İnstitutu (AFİ) tərəfindən təşkil olunan peşə təlimlərinin 2017-ci il buraxılışı.

Bu bahar AFİ regionlarda fransız dili mütəxəssisləri üçün 2 peşə təlimi təşkil etmişdir.

Birinci təlim iyun ayının 13-dən 16-dək Qazax rayonunda Azərbaycanda Fransız dili Müəllimləri Assosiyasiyasının əməkdaşlığı ilə Fransadan xüsusi olaraq dəvət olunmuş Anne Mari Polo ( Anne Marie Pauleau) və Azərbaycan Fransız İnstitutunun fransız dili kursların direktoru Ülfət İbrahim tərəfindən təşkil olunmuşdur. Bu təlimlərdə 40 məktəb müəllimi iştirak etmişdir.

İkinci təlim 30 məktəb və universitet müəllimlərinin iştirakı ilə Şəkidə iyun ayının 19-dan 23-dək keçirilmişdir.

Bu təlimlərin davamı olaraq iyul ayının 10-dan 14-dək Bakıda Azərbaycan Fransız İnstitutunun daxilində, iyul ayının 17-dən 21-dək və 24-dən 28-dək isə Gəncədə keçirilməsi nəzərdə tututlan « Village Français » 3 sessiyadan ibarət olacaq. Hər biri 30 - a yaxın fransız dili müəlliminə ünvanlanmış təlimlər Fransadan dəvət olunan fransız dili mütəxəssisi Xanım Şantal Baltazar (Chantal Balthazar), Azərbaycan Fransız İnstitutunda dilçilik üzrə attaşe xanım Azelma Həsənova və Azərbaycan Fransız İnstitutunun fransız dili kursların direktoru cənab Ülfət İbrahimin iştirakı ilə keçiriləcək. Digər təlimlər isə payızda nəzərdə tutulur.

publie le 05/07/2017

hautdepage