Azərbaycanda icbari tibbi sığortanın tətbiqinə dəstək

Fransanın Azərbaycandakı Səfiri Xanım Orelia Buşez 27 noyabr 2017-ci il tarixində Avropa İttifaqının “Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqinə dəstək” tvinninq layihəsinin açılış mərasimində iştirak etmişdir. 1.1 milyon avro büdcəsi olan layihə iki il ərzində Azərbaycanı tibbi sığorta sahəsində ən yaxşı avropalı ekspertlərlə təmin edəcək. Tvining layihəsində Fransa əsas tərəf olmaqla yanaşı Litva ilə ortaq tərəfdaşdır. Hər iki ölkə öz əhalisinə xidmət edən səmərəli sosial müdafiə sistemlərini yaratmışdır.

Fransa 2006-cı ildən etibarən Azərbaycanın sosial siyasət islahatları sahəsində daimi tərəfdaşıdır. Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirliyi pensiya sisteminin islahatı üçün fransız təcrübəsinə müraciət etmişdir.

Azertaj - "Avropa İttifaqının “Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqinə dəstək” tvinninq layihəsinin açılış mərasimi keçirilib". http://bit.ly/2A4AEvF

Ambassadrice de France en Azerbaïdjan, Aurélia Bouchez / Photo Azertaj

publie le 05/12/2017

hautdepage