Azərbaycan və Ermənistan – Cənab Jan-Batist Lömuanın Bakıya və Yerevana səfəri (25-28 yanvar 2021) [fr]

Azərbaycan və Ermənistan – Cənab Jan-Batist Lömuanın Bakıya və Yerevana səfəri (25-28 yanvar 2021)

Respublika Prezidentinin xahişi ilə Avropa və Xarici İşlər Nazirinin yanında Dövlət Katibi Cənab Jan-Batist Lömuan 25-28 yanvar tarixlərində Azərbaycana və Ermənistana səfər edib.

Cənab Lömuan Azərbaycan və Ermənistan hakimiyyətini ATƏT-in Minsk Qrupu həmsədri olaraq Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla həllinə Fransanın tam səfərbər olmasına əmin etdi. O, həmçinin təcili humanitar məsələlərin həllində irəliləyişin vacibliyini vurğuladı.

Bakıda Dövlət Katibinin Prezident Cənab İlham Əliyev, eləcə də Xarici İşlər, İqtisadiyyat, Maliyyə, Mədəniyyət və Təhsil nazirləri qəbul edib. Dövlət katibi ikitərəfli münasibətlərin möhkəmləndirilməsi imkanlarını, habelə əməkdaşlıq, əlaqələndirmə və regional iqtisadi inkişaf perspektivlərini müzakirə etdi. Bu münasibətlə Biləcəridə Azərbaycan Dəmir Yolları və Alstom, habelə dəmir yolu sahəsində Fransa İnkişaf Agentliyi (AFD) arasında tərəfdaşlığı təcəssüm etdirən dəmir yollarının yeni istismar deposu ilə tanış oldu. O, həmçinin fransız şirkətlərinin nümayəndələri ilə görüşüb, Bakıdakı Fransız Liseyinin müdiri və Fransa-Azərbaycan Universitetinin Baş katibi ilə söhbət etdi.

Yerevanda Baş Nazir Cənab Nikol Paşinyan və Xarici İşlər Naziri Cənab Ara Ayvazyan Dövlət Katibini qəbul etdi. Onlar nəqliyyat infrastrukturu, su idarəetməsi və kənd təsərrüfatının modernləşdirilməsi sahələrinini xüsusilə əhatə edə biləcək Ermənistanla iqtisadi və maliyyə əməkdaşlığının yeni bir mərhələsinin həyata keçirilməsini müzakirə etdilər.

O, həmçinin təhsil nazirinin iştirakı ilə Yerevanda Fransız Liseyi Anatol Frans-ın gələcək binasının yerinin açılışını edib, Ermənistandakı Fransız Universitetinin tələbələri ilə görüşdü.

Tarixi öhdəliyinə sadiq qalan Fransa, bölgədə davamlı sülh yaratmaq üçün tam səfərbər olaraq qalır.

publié le 01/02/2021

haut de la page