Azərbaycan fransız dili müəllimləri Assosiasiyası (APFAZ) ilə birgə qeyd edilən Frankofoniya Bayramı [fr]

24 mart 2011-ci il tarixində saat 11.00-da Azərbaycan fransız dili müəllimləri Asssosiasiyasının (APFAZ) Prezidenti xanım Gülbəniz Camalovanın təşəbbüsü ilə və Fransanın Azərbaycandakı səfirliyinin Mədəniyyət və Əməkdaşlıq üzrə müşaviri cənab Jerom Kelin, mədəniyyət işləri üzrə məsul şəxs xanım İnqrid Ponsinin eləcə də APFAZ-ın İdarə Heyətinin bir sıra üzvləri ilə ( APFAZ-ın keçmiş Prezidenti, ADU-nun Əməkdar müəllimi xanım Çəmən Bayramova, APFAZ-ın vitse-prezidenti, ADU-nun məruzəçisi xanım Rəfiqə İsayeva, APFAZ-ın Metodik işlər üzrə müşaviri, Bakı Dövlət Universitetinin professoru xanım Azelma Həsənova və Memarlıq və İnşaat Universitetinin professoru xanım İffət İsayeva) Frankofoniya Bayramı qeyd edilmişdir. İnternet üzərindən səmimi və xoş bir görüş.

Pandemiya səbəbindən bu il Frankofoniya Bayramı ilə keçirilən tədbirlər onlayn şəkildə təşkil olundular. Rəqəmsal texnologiyalar sayəsində yerli Frankofoniya təmsilçiləri səmimi görüşlər keçirmək imkanı qazandılar.

Görüş Fidan Nurullayevanın «frankofoniya» -nın tarixçəsini yad etməklə başlandı. Sonra dəvət olunmuş müəllimlər fransız dili və frankofoniya ilə bağlı öz təcrübələri ilə bölüşdülər. Fransız dili öyrənən şagirdlər öz sənət əsərlərini (rəsm, mahnı, poeziya…) təqdim etdilər.

Bu həmçinin Azərbaycanın müxtəlif bölgələrindən olan (Bakı, Naxçıvan, Gəncə, İsmayıllı…) APFAZ-a üzv olan müəllimlər və onları şagirdləri ilə görüşmək üçün bir fürsət idi. Müəllimlərin əməyi və şagirdlərin istedadı fransız dilinin Azərbaycanda gələcəyinin parlaq olduğunu görsədir ! Tədbirdə iştirak edən şagirdlər sertifikatlar ilə təltif edildilər.

publié le 01/04/2021

haut de la page