Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Parisə səfəri

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva 11-13 mart tarixlərində Baş nazir Eduard Filipin dəvəti ilə Parisə səfər edib. Bu səfər zamanı xanım Mehriban Əliyeva Baş nazir ilə, Birinci xanım Brijit Makronla, Orsey muzeyinə ziyarət zamanı Mədəniyyət Naziri Frank Riester ilə, İqtisadiyyat və Maliyyə naziri Brüno Lö Mer ilə, Milli Assambleyanın sədri Rişar Ferand və Senatın sədri Jerar Larşerlə görüşüb.

Baş nazir ilə görüşündən sonra aşağıdakı sahələrə dair dörd müqavilə imzalandı:

- Şimal-Cənub dəmir yolu xəttinin müasirləşdirilməsi (Bakı-Yalama), Azərbaycan Respublikası ilə Fransanın İnkişaf Agentliyi (AFD) arasında razılaşdırılmış sazişi Azərbaycan Maliyyə Naziri Samir Şərifov və Fransa Respublikasının Xarici İşlər və Avropa naziri yanında Dövlət katibi Jan-Batist Lemuan imzaladılar.

- “Xocasən” deposunun siqnalizasiya və telekommunikasiya sisteminin reallaşdırılması və Əməliyyat Nəzarəti Mərkəzinin yaradılmasına dair sazişi Bakı Metropoliteninin sədri Zaur Hüseynov və Thales International-ın baş direktoru Rafael Eskinazi imzalaladılar.

- “Azərbaycan Mərkəzi Bankı ilə “Rothschild & Co” Bankı arasında Strateji Əməkdaşlıq Sazişi”ni Mərkəzi Bankın sədri Elman Rüstəmov və “Rothschild & Cie” baş direktoru Ariel Malar dö Rotşild imzalaladılar.

Xanım Mehriban Əliyeva Fransa Respublikanın keçmiş prezidenti Nikola Sarkozi ilə görüşüb. Xanım Mehriban Əliyeva və onun nümayəndə heyəti Rothschild & Co şirkətinin prezidenti Cənab David dö Rotşild və Suez Environnement beynəlxalq inkişaf direktoru Cənab Erik Qebali də daxil olmaqla bir sıra fransız şirkət rəhbərləri ilə görüşüb. Xanım Mehriban Əliyeva Fransanın Milli Xərçəng İnstitutunun sabiq prezidenti Cənab David Xayatla da görüşüb. Maliyyə Naziri Samir Şərifov Fransanın İnkişaf Agentliyində görüş keçirib.

La Première vice-Présidente de l'Azerbaïdjan, Mehriban Aliyeva et le Premier ministre, Edouard Philippe.
Signature de quatre accords.
La Première vice-Présidente de l'Azerbaïdjan, Mehriban Aliyeva et la Première Dame, Madame Brigitte Macron.
La Première vice-Présidente d'Azerbaïdjan et le ministre de l'Economie et des Finances, Bruno Le Maire.
La Première vice-Présidente d'Azerbaïdjan, Mehriban Aliyeva et le président de l'Assemblée nationale, Richard Ferrand
Visite du Musée d'Orsay.
La Première vice-Présidente de l'Azerbaïdjan, Mehriban Aliyeva et le président du Sénat, Gérard Larcher

publié le 05/04/2019

haut de la page