Azərbaycan Memarlıq və İnşaat Universitetinə səfər

Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru xanım Gülçöhrə Məmmədovanın dəvəti ilə, çərşənbə axşamı martın 15-də, Fransanın Azərbaycandakı səfiri, xanım Oreliya Buşez bu universitetdə olub. Görüş hər iki tərəf üçün universitetin eyni sahədən olan fransız təhsil müəssisələri, xüsusilə də Monpelye Universiteti və hər il çoxlu sayda azərbaycanlı tələbələri qəbul edən Milli Ali Memarlıq Məktəbi arasında mövcud olan sıx əlaqələrin üzərində dayanmaq fürsəti yaradıb.

Görüş zamanı xanım səfir həmçinin Bakı şəhərinin mərkəzi hissəsinin tikintisinə müxtəlif avropa memarlığının müsbət təsirini vurğulayıb. O, Memarlıq və İnşaat Universitetini, gələn ilin əvvəllində keçiriləcək və paytaxtın memarlığına avropa təsirini qiymətləndirməyə imkan verəcək, bir sərgi və konfrans layihəsinə qoşulmaq təklifini irəli sürüb.

JPEG

JPEG

publie le 12/05/2016

hautdepage