Azərbaycan Hərbi Akademiyasında fransız dili kurslarının başlanması [fr]

Fransanın Azərbaycandakı Səfiri xanım Orelia Buşez, cümə axşamı 1 noyabr 2018-ci il tarixində, Hərbi Akademiyanın sədri, Leytenant-General Heydər Piriyev tərəfindən qəbul edildi. Bu münasibətlə, xanım Buşez, Akademiyanın 2017-2018-ci tədris ilində fransız dili kurslarının tələbələri olan zabitlərə attestatlar təqdim etdi. Xanım Səfir, Fransada qısa və ya uzunmüddətli təhsil də daxil olmaqla, bu kurslardan maksimum fayda əldə etmək üçün, Akademiyanın yeni tələbələrini fransız dilinin uzunmüddətli öyrənmələri nəzərdən keçirməyə dəvət etdi.

Bakı Silahlı Qüvvələrinin tədris mərkəzində fransız dili kursları 2012-ci ildən bəri mövcuddur və ikitərəfli əməkdaşlığımızın əsas elementidir. Bu kurslar, zabit İlyas İbrahimova təhsilini Paris Hərbi Akademiyasında davam etdirmək imkanını qazandırmışdır.

Leytenant-General Piriyevlə danışıqlar zamanı, xanım Səfir xatırlatdı ki, BMT-nin sülhməramlı əməliyyatlarının 60% -i fransızdilli ölkələrdə həyata keçirilir. Azərbaycanlı zabitlər tərəfindən fransız dilinin mənimsənilməsi onlara bu çoxtərəfli çərçivədə bir çox perspektivlər təqdim edəcək.

publié le 06/12/2018

haut de la page