Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının fəaliyyətə başlaması

Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası (CCIAF) fevralın 19-da Fransanın Azərbaycandakı Səfiri, Zat-Aliləri Xanım Orelia BUŞEZin iştirakı ilə özünün ilk tədbirini təşkil etmişdir. Xanım Səfir təşkilatı fəaliyətə başlaması münasibətilə təbrik etmiş və təşkilatçılara təşəkkürünü bildirmişdir. O, Fransanın Azərbaycanı öz iqtisadiyyatını şaxələndirməsi prosesində dəstəklədiyini qeyd etmişdir. CCIAF-ın dəvəti ilə tədbirə qatılan Fransa İnkişaf Agentliyinin nümayəndə heyəti Agentliyin fəaliyyəti və Qafqazda gördüyü işlər barədə iştirakçılara məlumat vermişdir.

JPEG

publie le 23/02/2016

hautdepage