Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının ümumi yığıncağı [fr]

5 oktyabr 2018-ci il tarixində Hyatt Regency Bakı mehmanxasında Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının Ümumi Yığıncaq iclası keçirilmişdir. İclasın gündəliyinə daxil olmuşdur: İdarə heyətinin yeni üzvlərinin və sədrinin seçilməsi, İdarəedici direktorun seçilməsi, Nizamnaməyə dəyişikliklərinin edilməsi və fəxri prezidentin seçilməsi.

İclasa 2018-ci ilin may ayında keçirilmiş növbədənkənar Ümumi Yığıncaq iclasında İdarə Heyətinə üzv seçilmiş İlqar Mehti sədrlik etmişdir.

İclas zamanı AZPROMO-nun prezident vəzifələrini icra edən Yusif Abdullayev, Sigma Technical Services şirkətinin İdarəedici direktoru Hassan Aouil, Bakcell-in Baş icraçı direktoru Nikolai Beckers, Suez şirkətinin regional direktoru Alain Carbonel, Societe Generale şirkətinin Mərkəzi Asiya və Qafqaz regionu üzrə nümayəndəliyinin rəhbəri Teybə Quliyeva, Total şirkətinin İdarəedici direktoru Denis Lemarchal, Azərbaycan İnvestisiya Şirkətinin (AİŞ) İcraçı direktoru Allahverdi Paşayev, Alstom şirkətinin Azərbaycan və Gürcüstan üzrə idarəedici direktoru Elşən Zeynalov İdarə heyətinə üzv seçilmişlər.

Palatanın hazırki İdarəedici direktoru Nərminə Səfərovanın səlahiyyət müddəti 1 noyabr 2018-ci il tarixindən etibarən növbəti 2 il müddətinə uzadılmışdır.

İclasda Fransanın Azərbaycandakı Səfiri Xanım Orelia Buşe Palatanın fəxri prezidenti seçilmişdir.

Teybə Quliyeva Palatanın İdarə heyətinin sədri seçilmişdir.

Hazırda İdarə Heyətinin tərkibi qeyd olunan 9 şirkətin nümayəndələrindən ibarətdir : AZPROMO, AİŞ, Bakcell, Sigma Technical Services, Societe Generale, Alstom, Total, Suez, Ekvita.

publié le 12/11/2018

haut de la page