Azərbaycan-Fransa-Macarıstan baytarlıq tvinninq layihəsinin yekunu

Fransanın Azərbaycandakı Səfiri xanım Oreliya Buşez bazar ertəsi 14 may tarixində iki illik Avropa tvininq layihəsinin bağlanış mərasimində iştirak etdi. Bu layihə, Dövlət Baytarlıq Nəzarəti Xidmətinin dəstəyi ilə, Azərbaycanda heyvan xəstəlikləri üçün epidemiya-müşahidə sisteminin gücləndirilməsinə həsr olunmuşdu. Bu mərasimdə, layihənin əsas iştirakçısı olan Dövlət Baytarlıq Nəzarəti Xidməti, direktoru Dr. Azər Süleymanov tərəfindən təmsil olundu.

Avropa Birliyi tərəfindən maliyyələşdirilən və Baytarlıq Xidmətləri Dövlət Məktəbinin direktoru cənab Olivye Fojerin təmsil etdiyi Beynəlxalq Fransa baytarlığı (www.france-vet-international.org) tərəfindən idarə olunan bu layihə, Macarıstan baytarlıq xidmətləri ilə əməkdaşlıq edərək, bir neçə yoluxucu xəstəliklərin monitorinqi və mübarizə aparılması üçün milli sistemin təkmilləşdirilməsinə yönəlmişdir. Bu çərçivədə bir sıra prioritetlər müəyyən edilmişdir: Azərbaycan dövlətinin baytarlıq xidmətlərinin səmərəliliyinin gücləndirilməsi; yeni idarəetmə vasitələrinin Azərbaycan qanunvericiliyinə inteqrasiyası; heyvandarlıqla məşğul olanlar üçün təlim; analitik laboratoriyaların müasirləşdirilməsinə texniki dəstək.

Bütün tərəfdaşlar tərəfindən yeksək qiymətləndirilən bu tvinninq layihəsi, ölkənin iqtisadi diversifikasiya siyasətinin prioritetlərindən biri olan kənd təsərrüfatı sektorunun inkişafına kömək edəcək.

publie le 15/05/2018

hautdepage