Azərbaycan Dövlət İqtisad Universitetinə səfər

Fransanın Azərbaycandakı səfiri xanım Orelia Buşez Fransa universitetləri ilə əməkdaşlığın inkişafına dəstək məqsədi ilə cümə axşamı, 3 mart tarixdə Azərbaycan Dövlət İqtisad Universitetində olmuşdur.

Xanım Səfir xatırlatdı ki, Fransa Ali Biznes Məktəbləri“Biznes və Menecment” sahələrində mükəmməl təhsil verir. Fransa dünyanın əksər reytinq sıralamalarında menecment və MBA təhsili üzrə ən yaxşı ölkə kimi tanınır.

Xanım Səfir həmçinin Azərbaycan Dövlət İqtisad Universiteti və Fransız-Amerikan Menecment Araşdırmalar Mərkəzi (Lyon CEFAM) arasında yeni əməkdaşlığın təqdimatına həsr olunmuş mərasimində iştirak etmişdir. Gələn il Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələrinə təhsillərini 3-4 ay Fransız-Amerikan Menecment Araşdırmalar Mərkəzində həyata keçirməyə imkan yaradan 5 Erasmus təqaüdü veriləcək.

İqtisad Universiteti artıq Monpölye Universiteti ilə tərəfdaşlıq mübadiləsi həyata keçirir. Bu yeni əməkdaşlıq isə Fransanın Azərbaycana onun təhsil və universitet sisteminin islahatı çərçivəsində dəstəyini gücləndirir.

JPEG

JPEG

JPEG

publie le 06/04/2016

hautdepage