Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının təşkil etdiyi işgüzar səhər yeməyi

24 yanvar 2020-ci ildə Azərbaycan Respublikasının İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İcraçı direktoru Cənab Vüsal Qasımlının iştirakı ilə Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası (AFTSP) aylıq işgüzar səhər yeməyi təşkil edib.
Fransanın Azərbaycandakı səfiri Cənab Zakari Qrosun açılış nitqindən sonra, Cənab Vüsal Qasımlı Azərbaycanın apardığı iqtisadi islahatların nəticələri barədə qonaqlara məlumat verdi. Tədbir Cənab Vüsal Qasımlı ilə AFTSP-in üzvləri arasında sual-cavablarla və şəbəkənin yaradılması ilə davam etdi.

publié le 28/01/2020

haut de la page