Avropanın giriş qapısı Fransaya investissiya yatırmaq

Fransanın Azərbaycandakı Səfirliyi və Business France Agentliyi 3 noyabrda Bakıda Azərbaycanın böyük şirkətlərinin rəhbərlərini bir araya toplayan “Fransaya investissiya yatırmaq” mövzusunda tədbir təşkil etmişlər. Tədbiri giriş nitqi ilə açan Səfir Xanım Orelia Buşez xarici investorlara açıq olan, cəlbedici və innovativ iqtisadiyyata, Avropada strateji mövqeyə malik olan Fransanın üstünlüklərindən bəhs etmişdir.

Sonra Səfirliyin İqtisadiyyat Müşaviri və Business France Agentliyinin Rusiya üzrə investissiya direktoru Fransa iqtisadiyyatının üstün tərəflərini və xarici investorları Fransaya cəlb etmək üçün həyata keçirilən sonuncu islahatları iştirakçılara təqdim etmişlər.

Daha sonra dəvət olunan iki mütəxəssis təqdimatı davam etdirmişlər.« International Mobility France » məsləhət agentliyinin direktoru xarici investorların və sahibkarların gəlişini asanlaşdıran immiqrasiya sahəsindəki qanunlardan bəhs etmişdir.Sonda isə KAMS hüquq firmasının nümayəndəsi Fransada şirkət almağın yollarından danışmışdır.

Fransada investissiya yatırmağı təbliğ edən bu tədbir ertəsi gün Fransanın Azərbaycandakı Səfiri Xanım Orelia Buşezin iştirakı ilə Azərbaycandakı Fransa İnstitunda keçirilən mətbuat konfransı ilə davam etmişdir.

JPEG
JPEG
JPEG
JPEG
JPEG

publie le 09/12/2016

hautdepage