Avropa və Xarici işlər nazirliyinin sözcüsünün bəyanatı [fr]

Ermənistan və Azərbaycan sərhədinin bir çox hissəsində təhlükəsizlik vəziyyətinin pisləşməsi
16 noyabr 2021-ci il

Fransa Ermənistan - Azərbaycan sərhədinin bir çox hissəsində təhlükəsizlik vəziyyətinin pisləşməsindən və həmçinin Ermənistan tərəfdə çox sayda insanın həyatına son qoyan ağır silahlardan istifadə edilməsi iddiasından dərin narahatlığını ifadə edir.

O, tərəfləri 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda götürdükləri atəşkəs öhdəliklərinə hörmət etməyə çağırır.

Minsk Qrupunun həmsədri Fransa, gərginliyin tez bir zamanda azaldılmasına çağıran 15 noyabr bəyanatını xatırladır və Dağlıq Qarabağ münaqişəsilə bağlı həll olunmamış bütün məsələlər haqqında Ermənistan və Azərbaycan arasında dialoqun davam etdirilməsinin zəruriliyini vurğulayır.

Fransa vurğulayır ki, ərazidə hərəkət etməkdən uzaq duraraq, sərhədin delimitasiyası və demarkasiyası danışıqlar yolu ilə həyata keçirilməlidir. Fransa bu prosesə töhfə verməyə tam hazır olduğunu xatırladır.

JPEG

publié le 17/11/2021

haut de la page