Avropa və Xarici işlər nazirliyinin sözcüsünün məlumatı

Qafqaz - Avropa və Xarici işlər nazirinin erməni və azərbaycanlı həmkarı ilə görüşləri və Minsk Qrupu həmsədrliyinin himayəsi altında birgə görüşü. (10 noyabr 2021-ci il)

Dağlıq Qarabağda döyüşlərin başa çatmasından bir il sonra, Avropa və Xarici işlər naziri cənab Jan-İv Lö Drian bu gün YUNESKO-nun Baş Assambleyası münasibətilə Fransaya səfəri zamanı ayrı-ayrılıqda ikitərəfli görüşlər keçirmək üçün Ermənistan və Azərbaycan xarici işlər nazirləri cənab Ararat Mirzoyan və cənab Ceyhun Bayramovu qəbul edib.

İkitərəfli danışıqların sonunda, nazir Minsk Qrupunun üç, fransalı, amerikalı və rusiyalı həmsədrlərinin himayəsi altında, 23 sentyabr tarixində Nyu-Yorkda başlayan dinamikanı davam etdirmək niyyətində olan Ermənistan və Azərbaycan nazirləri ilə birgə görüşü açıb.

Bu müxtəlif mübadilələrdə, nazir Fransanın region əhalisinin mənafeyi naminə hətta Cənubi Qafqaz regionunda davamlı sülhün bərqərar olmasına kömək etmək, və tərəflər arasında dialoqun gücləndirilməsinə töhfə vermək istəyini bir daha vurğuladı. O, bu məqsədə nail olmaq üçün ATƏT-in Minsk Qrupunun həmsədrlərinin prosesə güclü cəlb edilməsinin davam etdirilməsi əzmində olduğumuzu vurğuladı və hər iki tərəflə siyasi müstəvidə mübadilələri davam etdirməyə hazır olduğunu bir daha bildirdi.

publié le 12/11/2021

haut de la page