Avropa məsələləri üzrə dövlət katibi, Harlem Desirin BMT-nin Sivilizasiyalar Alyansı 7-ci Qlobal Forumunda iştirakı

Cənab Harlem Desir, Avropa məsələləri üzrə dövlət katibi Bakıda aprel ayının 25 -27-də keçirilən BMT-nin Sivilizasiyalar Alyansı 7-ci Qlobal Forumunda iştirak etmişdir.

Dövlət katibi Forumun birinci plenar iclası çərçivəsində zorakı ekstremizmə qarşı qabaqlayıcı tədbirlər haqqında çıxış etmişdir.

Cənab Jan Mark Sere-Şarle, Beynəlxalq İnkişaf və Xarici İşlər Nazirliyinin Beynəlxalq təşkilatlarla və BMT üzrə rəis müavini, aprel ayının 26-da BMT-nin Sivilizasiyalar Alyansı Dostları Qrupunun qarşısında nitq söyləmişdir.

Hörmətli Ali Nümayəndə,
Hörmətli Səfirlər,
Xanımlar və Cənablar,

Mən burada bu gün Sivilizasiyalar Alyansı nəzdində dostlar qrupunda dialoqu davam etdirmək üçün sizin aranızda olmaqdan təbii ki çox şadam.

Sivilizasiyalar Alyansı məhz əvvəlcədən dialoq, düşüncə və həmçinin konkret, mümkün qədər səmərəli fəaliyyət yeri kimi nəzərdə tutulmuşdur. Bu qurumda çoxsaylı təşəbbüslərin əsası qoyulur və onlar digərlərinin, xususilə fərqli mədəniyyətlərin daha yaxşı anlaşılmasına imkan verən əsasları təşkil edir.

Sivilizasiyalar Alyansı hər şeydən öncə konkret tərəqqi məkanı olmalıdır. O, digər məkanlarda artıq müzakirə olunmuş məhfumların yenidən yazıldığı və yaxud mədəniyyətlərarası məsələləri əhatə edən əsaslı dialoqların baş tutduğu məkanları əvəz edən və ya təkrarlayan məkan olmamalıdır.

Bu ona verilən həm dəyər, həm də Sivilizasiyalar Alyansının üzləşdiyi və bu günə qədər uğurla cavab verməyə nail olduğu çağırışdır.

Bu çərçivədə, Bakıda bu görüşün mövzusu tam yerinə düşür və bu münasibətlə təşkilatçılara və diqqətəlayiq,səmərəli işinə və səmimi qəbula görə Azırbaycana təşəkkür edirəm.

"İnkluziv cəmiyyətlərdə birgə yaşamaq: çağırış və hədəf”: Bu bizim qarışıq və çox mədəniyyətli cəmiyyətlərimizdə daha çox biruzə verən bir məsələdir.

"Birgə yaşamaq" - sülh şəraitində yaşamaq, rahat yaşamaq əlavə etmək istərdim bir çox cəhətdən həqiqətən qaydasız görünən bizim dünyada həmişə daha zəruri və çətin məsələ kimi görünür.

"İnkluziv cəmiyyətlər" yalnız bir həqiqətə istinad edir ki, bunu da qısa vaxt ərzində geriyə baxmadan belə müşahidə etmək çətin deyil. Qloballaşma, insanların hərəkəti və ideyaların yayılması qədim reallıqdır, lakin o, son bir neçə onillikdə kəskin sürətdə artmışdır. Miqrasiyalar bəzən könüllü bəzən məcburidir və qarşıdan gələn illərdə onun ritminin zəifləməyəcəyi gözlənilir. Xüsusilə bu məsələlər ətrafında birlikdə düşünmək və fikir mübadiləsi aparmağı davam etmək zəruridir.

Siyasi səbəblərdən qaçqınlara artıq uzun müddətdir ki, iqtisadi miqrantlar əlavə olunur, yaxın zamanlarda və gələcəkdə isə onlara iqlim dəyişikliyi səbəbindən yaranan köçkünlər əlavə olunacaq. Bu yerdəyişmələr, dəyişikliklə barışma, başqalarının və onların fərqliyinin qəbul edilməsi, qarşılıqlı hörmət ilə üzləşən çoxsaylı fərqliliklərə malik cəmiyyətlər yaradır. Bu yeni deyil və bəzi cəmiyyətlər fərqli dərəcədə uğur və sürətlə uyğunlaşa biliblər.

Bir çox ölkələr kimi, Fransa da bu reallıq və çağırışlarla üzləşir. Bir çox insanlara məlum deyil ki, fransız əhalisinin üçdən birinin nənə və babası xarici mənşəlidir. XX əsrdə miqrasiyalar çox müntəzəm olmuşdur. Amma zaman və qətiyyətli iradə sayəsində inteqrasiya gerçəkləşir.

Məhz əsas məsələ buradan qaynaqlanır. Müxtəliflik problemini həll etməyə nail olmaq üçün imkan vasitələri yaratmaq lazımdır. Beynəlxalq forumlarda təcrübə və praktika mübadiləsi faydalı, mühüm tədris və ilham mənbəyidir. Cəmiyyətin müxtəlifliyi baxımdan uğur qazanmaq üçün Fransa qarşısına məqsəd qoyub və eyni zamanda bu məqsədə nail olmaq üçün xüsusilə də məktəbdə fəal siyasət aparır. O, bu məqsədlə bir prinsip həyata keçirir: Dünyəvilik. Fransızsayağı dünyəvilik tez-tez səhv başa düşülür, çox zaman biz fransız şəxsiyyətini yaradan və bizim birgə yaşama vasitələrimizi artıq əldə olunmuş hesab edirik. Dünyəvilik deyəndə inanc azadlığına mütləq riayyət olunması nəzərdə tutulur, o, hər kəsin inanmaq və ya inanmamaq hüququna və digərlərinin azadlığını qoruyaraq dinə etiqad edə bilməsinə zəmanət verən bir prinsipdir. Bu cəhalət və ya dinlərdən imtina deyil, əksinə hər kəsə dinc şəraitdə və etiqadına əməl edərək yaşamaq imkanı verən ictimai məkanda dinin yerinin təşkil olunması və tanınmasıdır. Bu Fransanın Azadlıq, bərabərlik və qardaşlıq şüarına tam uyğun olan tolerantlıq və dialoq vasitəçisidir.

Sonda, cəmiyyətlərdə müxtəliflik ilə bağlı məsələləri uğurla aradan qaldırmaq üçün mövcud olan başlıca problemləri xüsusi vurğulamaq istərdim: Gənclər və Məktəb. Gələcək nəsillər məhs məktəbdə formalaşır, mədəniyyətlərarası fərqlər və müxtəliflik ilk növbədə məktəbdə başa düşülür. Bəzi gənclər radikalizmə və zorakı ekstremizmə aparan təhlükəli və bəzən ölümcül yola məhz məktəbdə (lakin bu həmişə belə deyil) başlayırlar. Məktəb eyni zamanda birgə yaşamaq istəyinin formalaşdığı və cəmiyyətin ortaq dəyərlərinin öyrənildiyi bir məkandır. Bir sözlə, Ernest Ronannın dediyi kimi, bütün bunlar bizim cəmiyyətlərin fəaliyyət tərzinin əsaslarını təşkil edir.

JPEG
JPEG
JPEG

publie le 29/11/2017

hautdepage