Avropa İttifaqı (Aİ) - Azərbaycan arasında Tvinninq layihəsi [fr]

Azərbaycan Respublikasında pensiya təminatı sistemində islahatın həyata keçirilməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək” (2017-2019)

Bakıda 2017-ci il iyun ayının 23-də Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycan Respublikasında pensiya təminatı sistemində islahatın həyata keçirilməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək” layihəsinin təqdimatı Azərbaycanın Əmək və Əhalinin Sosial müdafiəsi naziri, Aİ-nin Azərbaycandakı səfiri Malena Mard, Fransanın Azərbaycandakı səfiri Oreliya Buşez-ın iştirakilə keçirilmişdir. 24 aylıq bu layihənin məqsədi, Avropanın ən yaxşı təcrübələrinə uyğun olaraq Azərbaycanda pensiya sistemi və sosial təminat islahatları sahəsinə töhfə verməkdir.

Fransanın Azərbaycandakı səfiri Oreliya Buşez Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə, əsas tərəfdaş qismində Fransanın sosial təminat sahəsində əldə etdiyi sayca üçüncü olan bu yeni Tvinninq layihəsinin əhəmiyətini vurğulayıb.

Expertise France- Fransa Nazirliklərin Sosial İşlər üzrəBaş katibin rəhbərliyi ilə Avropa və Xarici İşlər İdarəsinin nəzarəti altında institusional tərəfdaşları adından bu layihəni idarə edir.

Photo / © Site internet du Ministère du travail et de la protection sociale

publie le 29/06/2017

hautdepage