Tiyeri Fremonun (Thierry Frémaux) Lumyer! filminin nümayişi [fr]

Noyabr ayının 2-dən 12-dək keçiriləcək Avropa Film Festivalı çərçivəsində Fransanın Azərbaycandakı səfirliyi və Azərbaycan Fransız İnstitutu 2 noyabr cümə axşamı saat 19:00-da Park Bulvar Cinema-da Tiyeri Fremonun Lumyer! filmini təqdim edəcəklər.

1895-ci il, Lumyer qardaşları Kinematoqrafın ixtirasını edirlər və lentə alınmış ilk filmlərdən birini ərsəyə gətirirlər. Səhnələşdirmə, hərəkətli və quraşdırılmış çəkiliş, remeykdən əlavə olaraq onlar həmçinin kino çəkmək incəsənətinin yaradıcısıdırlar. Bu seçmə, dünya üzrə məhşur şedevrlərdən tanınmamış, lakin boyük dəyər daşıyan bərpa olunmuş filmlərdən ibarətdir və Kino incəsənəti tarixinə səyahət imkanı yaradır. Bu unudulmaz kadrlar 20-ci əsrə addımlayan Fransa və Dünyaya yönəlmiş müstəsna baxışı özündə təcəssüm etdirir. Lumyer, kino macərası başlayır!

Giriş sərbəstdir.
Tiyeri Fremonun (Thierry Frémaux) Lumyer ! filmi.
Sənədli film/2017/90 dəq./Fransa
Tiyeri Fremo (Thierry Frémaux), Lui və Oqüst Lumyer (Louis et Auguste Lumière), Martin Skorsezenin (Martin Scorsese) iştirakı ilə
Film fransızca, rus alt yazıları ilə nümayiş olunacaq

publie le 02/11/2017

hautdepage