Avropa Film Festivalı: "Birinci kurs" filminin nümayişi

Avropa Film Festivalının 10-cu buraxılışı münasibətilə, Fransanın Azərbaycandakı səfirliyi və Fransız İnstitutu, 5 oktyabr şənbə günü, Park Cinema-da rejissor Tomas Liltinin "Birinci kurs" filmini təqdim etdi.

Filmin nümayişi, Fransanın Azərbaycandakı səfiri cənab Zakari Qrosun iştirakı ilə baş tutdu və Fransa səfirliyinin mədəniyyət müşaviri, Fransız İnstitutunun direktoru cənab Jerom Kel tərəfindən təqdim edildi.

Xatırladaq ki, Avropa İttifaqı Nümayəndəliyi tərəfindən təşkil olunan bu festival 16 oktyabr tarixinədək davam edəcək. Bütün sessiyalara giriş pulsuzdur.

Avropa Film Festival barədə ətraflı məlumat üçün :
https://eeas.europa.eu/delegations/azerbaijan/68395/10th-european-film-festival_en

JPEG

publié le 22/10/2019

haut de la page