Avro 2016 : Fransa Avropa futboluna ev sahibliyi edəcək !

İyunun 10 -dan iyulun 10-a qədər keçiriləcək UEFA Avro-2016 final oyunu münasibətilə, Fransa dünyanın dörd bir tərəfindən 1,5 milyondan çox ziyarətçi qəbul edəcək.
Final mərhələsində 24 komanda iştirak edəcək. Ümumilikdə, Fransanın 10 şəhərində 51 matç keçiriləcək.

Futbol oyunlarını izləmək üçün ev sahibliyi edəcək 10 ən gözəl şəhərləri gəzib dolaşa bilərsiniz. İzdihamlı küçələr, konsertlər, nəhəng ekranlarda oyunların birbaşa yayımı keçiriləcək və azərkeşlər üçün nəzərdə tutulmuş yerlərdə əyləncələr təşkil olunacaq. Fransanın hər bir güşəsində keçiriləcək bayram şənliklərində iştirak etməyi unutmayın.
Müstəsna tədbir haqqında ətraflı məlumat üçün l’UEFA Euro 2016 rəsmi saytına daxil ola bilərsiniz.

France.fr saytında Fransada qalmaq üçün lazım olan praktiki məlumatları tapa bilərsiniz.

publie le 02/06/2016

hautdepage