Anadolu Araşdırmalar İnstitutunun Bakı filialı

Xarici İşlər Nazirliyinin təşəbbüsü ilə və Anadolu Araşdırmaları Fransız İnsititutu (IFEA, Istanbul) və Fransanın Azərbaycandakı Səfirliyi arasında əməkdaşlıq çərçivəsində yaradılan Qafqaz Observatoriyası (ODC) və ya Anadolu Araşdırmalar İnstitutunun Bakı filialı 2002-ci ilin sentyabr ayında yaradılmış, bütün Qafqazda (Şimalı Qafqaz : Rusiya Federasiyası və Cənubi Qafqaz: Ermənistan, Azərbaycan və Gürcüstan) humanitar və sosial elmlər sahəsində tədqiqat işlərini gücləndirmək məqsədi daşıyır.

İnstitutun Bakı filialı, bu filialın ilk məsul şəxsi Bayram Balçının Qafqaz barədə İFEA-ya daha dolğun məlumat verə bilmək üçün Bakıya yerləşməsindən sonra – 2003-cü ildən fəaliyyətə başladı. Onun davamçısı Tornike Qordadze, 2010-ci ilin avqustunda Gürcüstanın Xarici İşlər Nazirinin müavini olmaq üçün bu vəzifəsindən ayrıldı. 2011-ci ildən etibarən bu vəzifəyə, Jil Otiye təyin olundu – o, 2013-cü ilin payızından etibarən EPHE-də (Ali Praktiki Araşdırmalar Məktəbi) Qafqaz Dil və Filologiya kafedrasında işləyir. Adelin Bro, 1 yanvar 2014-cü ildən etibarən İnstitutun Bakı filialının yeni məsul şəxsidir.

İnstitut sinreji və transversallığa üstünlük verərək müxtəlif mövzularda tətqiqat aparır və regionun digər aktiv partnyorları : Gürcüstan və Azərbaycanda Fransız İnstitutları, Fransanın Ermənistandakı Səfirliyi, TRİAC (Türkiyə, Rusiya, İran, Mərkəzi Asiya) Xaricdə Fransız tədqiqat institutları, avropalı partnyorlar (İstanbulda Şərq İnstitutu), araşdırma mərkəzləri (Cənubi Qafqazın üç paytaxtında fəaliyyət göstərən Qafqaz Tədqiqat Resurs Mərkəzləri, Bakı İqtisadi və sosial inkişaf mərkəzi) və yerli universitetlər (Tbilissidə İlia Dövlət Universiteti, Bakıda Qafqaz və Xəzər Universitetləri) ilə mübadiləni dəstəkləyir.

Əlavə məlumat üçün :

www.ifea-istanbul.net

http://www.ifea-istanbul.net/index.php?option=com_k2&view=item&layout=item&id=3140&Itemid=295&lang=fr

Facebook səhifəsi : Observatoire du Caucase

publie le 23/04/2014

hautdepage