Akademik Palma ordeni ilə təltif etmə mərasimi

21 dekabr 2017-ci il tarixində, Fransanın Azərbaycandakı Səfiri xanım Orelia Buşez, beş fransız dili müəllimini - Roma Allahverdiyeva, Zemfira Hüseynova, Gülnarə Sadıxova, Aliyə Səmədova və Zülfüqar Mustafayevi Akademik Palma ordeninin Kavaler dərəcəsi ilə təltif etdi.

Akademik Palma ordeni 1808-ci ildə 1-ci Napoleon tərəfindən yaradılıb və bu, özünü təhsilə, fransız dilinin təşviqinə və dünyada Frankofoniyanın dəyərlərinə həsr edən şəxslərə ünvanlanıb.

publie le 09/01/2018

hautdepage