AXENS və SOCAR arasında müqavilənin imzalanması

Yanvarın 17-də Fransanın “Axens” şirkəti və dövlət neft şirkəti SOCAR arasında Bakıda Heydər Əliyev adına Neft Emalı Zavodunun modernizasiyası layihəsi çərçivəsində katalitik krekinq qurğusunun tədarükünə dair müqavilə imzalanıb.
Bu müqavilə SOCAR-ın prezidenti cənab Rövnəq Abdullayevin və Axens şirkətinin sədri və baş icraçı direktoru cənab Jan Sentenakın iştirakı ilə imzalanıb.
Axens və SOCAR arasında SOCAR-ın Azərbaycan və Türkiyədəki sənaye fəaliyyətləri kontekstində uzunmüddətli əməkdaşlıq mövcuddur. İki şirkət neft-kimya sənayesi üçün mühəndislərin hazırlanması sahəsində də sıx əməkdaşlıq edir.

JPEG
JPEG

publié le 26/01/2022

haut de la page