ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bəyanatı (29 iyul 2021-ci il) [fr]

Moskva, Paris, Vaşinqton, 29 iyul 2021-ci il - ATƏT-in Minsk Qrupunun həmsədrləri (Fransadan Stefan Viskonti, Amerika Birləşmiş Ştatlarından Andrey Şofer və Rusiya Federasiyasından İqor Xovaev) aşağıdakı bəyanatı veriblər:

Həmsədrlər son vaxtlar Ermənistan-Azərbaycan sərhədində baş verən insidentlərdən, o cümlədən yaralıların və insan tələfatının sayı haqqında verilən məlumatlardan narahatdırlar. Həmsədrlər Ermənistanı və Azərbaycanı dərhal vəziyyətin gərginliyinin azaldılması, istənilən təhrikedici ritorikadan və hərəkətdən çəkinməyə və 9 noyabr bəyanatı çərçivəsində götürdükləri öhdəliklərə, habelə digər birgə qəbul etdikləri atəşkəs razılaşmalarına tam hörmət etməyə çağırırlar.

Həmsədrlər münaqişənin bütün əsas və qeyri-müəyyən məsələlərinin danışıqlar yolu ilə, hərtərəfli və davamlı həll edilməsinin zəruriliyini bir daha təsdiqləyir və tərəfləri təkidlə həmsədrlərin himayəsi altında danışıqları bərpa etməyi tələb edirlər. Onlar tərəflərə, heç bir ilkin şərt qoymadan prioritetləri nəzərə alaraq, strukturlaşdırılmış bir fəaliyyət proqramını birgə nəzərdən keçirmələrinə və təsdiq etmələrinə icazə vermək üçün öz himayələri altında birbaşa ikitərəfli məsləhətləşmələr təşkil etmək təklifini təkrar bildirirlər.

Həmsədrlər bir daha ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi və komandası tərəfindən göstərilən davamlı səylərə tam dəstəklərini bildirirlər.

https://www.diplomatie.gouv.fr/en/country-files/armenia/news/article/statement-by-the-co-chairs-of-the-osce-minsk-group-29-jul-2021

publié le 02/08/2023

haut de la page