ATƏT-in Minsk Qrupu həmsədrlərinin və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin bəyanatı

Vyana, 15 iyul 2020 - ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya Federasiyasi), Endryu Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik ilə görüş keçirdikdən sonra aşağıdakı bəyanatla çıxış ediblər:

Əldə edilən məlumata görə, 15 iyul səhər saatlarından etibarən Azərbaycan-Ermənistan sərhədində vəziyyət nisbətən sakitdir. Həmsədrlər və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi hərbi əməliyyatların azalmasını alqışlayır və tərəfləri de-eskalasiyanın davam etməsi üçün səy göstərməyə çağırır.

Həmsədrlər tərəfləri təhrikçi ritorikadan və bölgədəki vəziyyəti dəyişdirmək cəhdlərdən çəkinməyə çağırır. Həmsədrlər sülh prosesinin bərpasına əlverişli mühit yaratmağın zəruriliyini bir daha vurğulayırlar.

Həmsədrlər həmçinin Azərbaycanın və Ermənistan Xarici İşlər Nazirlərinin tezliklə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının mühüm aspektlərinə dair substantiv danışıqlar aparmasının təsdiqlənməsini alqışlayır və ATƏT müşahidəçilərinin vəziyyətin imkan verdiyi zamanda bölgəyə geri dönməsinin vacibliyini vurğulayıblar.

https://www.osce.org/minsk-group/457399

publié le 16/07/2020

haut de la page