AŞPA Prezidentinin Bakıya səfəri

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Lilian Mori Paskiye 11 və 12 sentyabr 2019-cu ildə Azərbaycana rəsmi səfər edib.

Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Parlamentin Sədri və Xarici İşlər Naziri ilə görüşlər keçirib və Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi üzvləri, Parlamentin İntizam Komitəsinin eləcə də Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvlərilə müzakirələr apardı. Xanım Paskiye Fransız - Azərbaycan Universitetində (UFAZ) Fransanın Azərbaycandakı Səfirliyi ilə birlikdə təşkil edilən "Hüquqlarımız, azadlıqlarımız, Avropamız" adlı Avropa Şurasının 70 illik yubileyinə həsr olunmuş yüksək səviyyəli dəyirmi masada həmçinin iştirak etdi.

publié le 13/09/2019

haut de la page