ANIMAFILM Beynəlxalq Animasiya Festivalının Mükafatlandırma Mərasimi (Azərbaycan Beynəlxalq Cizgi Film Festivalı - 18 oktyabr 2020) [fr]

ANIMAFILM Beynəlxalq Animasiya Festivalının Mükafatlandırma Mərasimi (Azərbaycan Beynəlxalq Cizgi Film Festivalı - 18 oktyabr 2020)

Azərbaycan fransız İnstitutu tərəfindən dəstəklənən ANIMAFILM Beynəlxalq Animasiya Festivalının mükafatlandırma mərasimi 18 oktyabr 2020-ci il tarixində baş tutdub və ZOOM proqramı üzərindən canlı yayımlanıb.

Bu münasibətlə, IFA-nın direktoru Jerom Kel "Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi" kateqoriyasında mükafatı rejissor Fidan Axundovaya « The Crow » (Quzğun) filminə görə təqdim etdi. Bu mükafat ona 2021-ci ilin iyun ayında Annecy Beynəlxalq Animasiya Film Festivalında (Fransa) iştirak etmək üçün səyahət imkanı verir.

Bundan əlavə, IFA-nın direktoru laureatlar adından beynəlxalq müsabiqənin " Ən yaxşı qısametrajlı animasiya filmi - GRAND PRIX" kateqoriyasında iki fransız rejissoru Luiz Merkadie və Frederik Even-ə « Sororelle » filminə görə verilmiş ilk mükafatı qəbul etdi.

publié le 20/11/2020

haut de la page