ABAD dükanı ilə tanışlıq

Fransanın Azərbaycandakı səfiri Xanım Orelia Buşez, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi direktoru Cənab İnam Kərimovla birlikdə yeni dükan ABAD ilə tanış olublar.

ASAN xidmət tərəfindən irəli sürülən ABAD lahiyəsi rayonlarda məskunlaşmış ailələrə istehsaldan kifayət qədər gəlir əldə etməyə və davamlı kənd təsərrüfatın inkişafına dəstək məqsədi daşıyır.

Qız Qalası ilə üzbəüz yerləşən dükan Azərbaycanın müxtəlif regionlarında hazırlanan ənənəvi və əl işlərindən ibarət əşyaları təklif edir. Hər əşyada olan kod ilə http://www.abad.gov.az saytına daxil olmaqla sənətkarın biografiyası ilə tanış olmaq olar. Qida məhsulları da həmçinin (kolbasa məmulatları, süd məhsulları, mürəbbələr) yaxın zamanda Bravo supermarketlərində satışa çıxarılacaq.

publie le 17/05/2017

hautdepage