4 azərbaycanlı tələbə Şateru şəhərində keçirilən Beynəlxalq DARC festivalında

Hər il, Azərbaycan Fransız İnstitutu (İFA) 2 həftəlik mədəni xarakter daşıyan təcrübələrdə iştirak etmək üçün fransız dilini öyrənən və ona böyük maraq göstərən tələbələri Fransaya göndərir. Bu il, Frankofon mahnı müsabiqəsinin Naxçıvan, Gəncə, Şəki və Bakı şəhərləri üzrə qalibləri Şateru Rəqs Festivalında (12-24 avqust 2018 tarixlərində) iştirak etmək üçün imkan əldə ediblər.

Beləliklə, Türkan Əlişanova, Nəzrin Cəfərova, Afaq Rəhimli və Əfsanə Rəhimova Fransaya səyahət edərək dünyanın müxtəlif ölkələrindən gələn fransızdilli gənclərlə rəqsə və mahnıya olan maraqlarını paylaşıblar.

JPEG

publie le 31/08/2018

hautdepage