3-cü Fransız-Azərbaycan Universitet Forumu

Fransanın Azərbaycandakı Səfirliyinin və Azərbaycan Fransız Universitetinin ADA-nın (Azərbaycan Diplomatik Universiteti) tərəfdaşlığı ilə 2017-ci il 3-7 mart tarixlərində Bakıda Fransız-Azərbaycan Universitet Forumu keçirilmişdir. Bir neçə nüfuzlu fransız ali təhsil müəssisələri forumda iştirak məqsədilə Azərbaycana səfər etmişdirlər.

Lyon 2 Universiteti - Humanitar və ictimai elmlər, hüquq, iqtisadiyyat və idarəetmə üzrə ixtisaslaşmışdır

Toulouse 3 Universiteti - Tibb və dəqiq elmlər üzrə ixtisaslaşmışdır

Strasburq Universiteti- bütün sahələr üzrə ixtisaslaşmışdır

CEFAM, Menecmentlik üzrə Fransız-Amerikan Təhsil Mərkəzi - Biznez, İdarəetmə, Marketinq, Maliyyə üzrə ixtisaslaşmışdır

ICD Business School- Biznez, İdarəetmə,Marketinq,Maliyyə üzrə ixtisaslaşmışdır

Le Cordon Bleu- Kulinariya və Turizm Menectmenti üzrə ixtisaslaşmışdır

Fransanın Azərbaycandakı Səfiri Zati-Ailələri Orelia Buşezin iştirakı ilə ADA-nın rektoru Cənab H.Paşayev tərəfindən qəbul edilən fransız ali təhsil müəssisələrinin nümayəndələri azərbaycanlı həmkarları, Azərbaycan Təhsil Nazirliyi və şirkət nümayəndələri ilə görüşmüşdürlər.

Bu görüşlər zamanı bir sıra sahələrə, xüsusilə tibb, turizm və humanitar elmlərə dair tərəfdaşlıq layihələri nəzərdən keçirilmişdir. Çoxsaylı təhsil proqramlarına olan ehtiyyacı nəzərə alaraq, bu ikitərəfli əməkdaşlıqlar azərbaycan təhsil sistemini daha da gücləndirməyə xidmət edərək, Azərbaycan hökuməti tərəfindən prioritet sayılan iqtisadiyyatın diversifikasiyası siyasətinə tövhə olacaqdır.

Bu əməkdaşlıqlara nail olmaq üçün forum günləri ərzində fransız və azərbaycan təhsil müəssisələri arasında, xüsusilə Lyon 2 Univesiteti ilə Azərbaycan Elmlər Akedemiyası nəzdində olan Arxeologiya İnstitutu arasında saziş imzalanmışdır.
Saziş Lənkəran regionunda fransız-azərbaycan arxeoloji əməliyyat missiyasının həyata keçirilməsi şərtlərini müəyyən edir. Müqavilə 5 il müddətinə imzalanmış və bu sahədə birgə tədqiqat fəaliyyətlərinin davamlı olmasına şərait yaradır.
Lyon 2 Universiteti və Xəzər Universiteti arasında tələbə və professor mübadiləsinə imkan yaradan və gələcəkdə ikili diplomların yaradılmasına imkan verən tərəfdaşlıq sazişi imzalanmışdır.

Toulouse 3 Universiteti ilə Azərbaycan Tib Universiteti və İdman və Bədən Tərbiyəsi universitetləri arasında mümkün tərəfdaşlıq sazişləri danışıqlar mərhələsindədir.

CEFAM və ICD International School of Business təhsil müəssisələri ilə iqtisadiyyat və ticarət ixtisaslarına malik azərbaycan universitetləri arasında Erasmus + təqaüd proqramı həyata keçirilməsi nəzərdə tutulur.

2016-cı ildə Azərbaycana səfər edən turistlərin sayının artması ilə əlaqədar işci qüvvəsinə yaranan ehtiyyacdan dolayı böyük otelləri maraqlandıra biləcək uzun və qısa müddətli təhsil proqramları təklif edən Le Cordon Bleu məktəbi bir sıra tərəfdaşın marağını cəlb etmişdir.

Çoxsaylı azərbaycanlı tələbə 4 mart tarixində yeni təmirdən çıxmış Azərbaybaycandakı Fransız İnstitutuda fransız ali təhsil müəssisələri tərəfindən təklif edilən təhsil proqramları ilə yaxından tanış olmuşdurlar.

Üçüncü təhsil forumunun uğuru Azərbaycanla Fransa arasındakı tərəfdaşlığının əhəmiyyətini təsdiq edir.

JPEG

publie le 08/03/2017

hautdepage