2020-ci ilin sonu ilə əlaqədar Səfirin sözü [fr]

2020-ci il dünyanın – xüsusilə yaxınlarını itirmiş və ya özləri Covid-19 –dan əziyyət çəkən, işlərini və ya pandemiyaya səbəbindən gəlirlərini itirən əksər insanlar üçün asan il olmadı.

Avropa buna baxmayaraq daha çox eytiyyacı olanlara kömək və müdafiə etmək üçün 750 milyard dollarlıq iqtisadi inkişaf planı qəbul edərək cağırışa cavab verə bildi. Azərbaycan da sürətli və əhəmiyyətli səylər göstərmişdir. Avropa İttifaqı həmrəylik nümayiş etdirdi və bir neçə milyon avro dəyərində təcili tibbi və humanitar yardım göstərdi.

İndi isə əsas odur ki, bütün ölkələr əhalinin eytiyyacını ödəmək üçün tez bir zamanda peyvəndlər əldə etsinlər. BMT və ÜST Baş Katibi tərəfindən irəli sürülmüş, Fransa və Avropa komissiyasının dəstəyi ilə başladılan beynəlxalq ACT-A (Access to Covid19 tools) təşəbbüsün məqsədi də budur.

Qafqaz Azərbaycan və Ermənistanın toqquşduğu, bir neçə min insanın ölümü ilə nəticələnən bir müharibə yaşadı. Onların ailələri qarşısında və sükut içərisində əziyyət çəkən yaxınları qarşısında baş əyirəm.

Çoxları Ermənistanla dostluq əlaqələrinə görə Fransaya irad tutdular. Lakin mən yaxşı məlumdur ki, Fransa həmçinin də Azərbaycanında dostudur. Hər ikisi bir araya sığışa bilər. Və milliyyətindən asılı olmayaraq bütün həlak olanlara qarşı mərhəmətini ifadə edən fransızların ürək sözlərindən və könüllü şəkildə Bakının 1 saylı xəstəxanasında yaralıların müalicəsi üçün könüllü çalışan fransız cərrahların səylərindən mütəəssir oldum.
Fransa Qafqazın sabitliyinə və çiçəklənməsinə, eyni zamanda bölgə dövlətlərinin müstəqilliyinə və ərazi bütövlüyünə dərindən qayğı göstərir. Bu səbəbdən də 9 noyabrda hərbi əməliyyatların dayandırılmasını alqışladı.

İndi hər zamankından daha yaxşı gələcəyimizi qurmaq üçün nifrət sözlərini aradan qaldıraraq və əməkdaşlıq imkanlarını axtararaq sülh üçün çalışmalıyıq. ATƏT-in Minsk Qrupunun həmsədrliyi Azərbaycan və Ermənistanla fəaliyyətini davam edir, çünki uzunmüddətli və tam həlli, dinc yanaşı yaşamağa imkan vermək üçün bir çox suallar yaranmaqda davam edəcək.

Ilin sonuna yaxınlaşdıqda dünyadakı bütün xalqlar kimi Azərbaycanlılar və Fransızlar karantini evlərində keçirirlər, mütaliə, düşüncə, sosial şəbəkələrin imkan verdiyi dialoqla və rəqəmsal dünya, mədəniyyətə çıxış sayəsində azadlıq məkanlarımızı inkişaf etdirərək rahatlıq tapa bilərik.

Arzu edirəm ki, 2021-ci ili səhiyyə, eləcə də azadlığa və qarşılıqlı anlaşmaya əl çatan olmasına həsr edə bilək.

JPEG

publié le 30/12/2020

haut de la page